"3 QAT DÜNYA ÇEMPİONU" XAÇMAZLI ŞƏHİD

Vətən uğrunda canını fəda edən, öz qəhrəmanlıqları ilə tarixə düşən şəhidlərimiz sırasında Kərəm Veyisovunda adı çəkilir. Kərəm Veyisov 1998 – ci ildə Xaçmaz şəhərində anadan olub. Hərbi xidmətini başa vuran Kərəm iyul döyüşlərindən sonra ordu sıralarına könüllü yazılıb. Vətən müharibəsinin ilk günlərindən yollanan qəhrəman çavuş manqa komandiri kimi döyüşlərə qatılıb. O , Cəbrayıl , Füzuli , Zəngilan , Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Şəhidin atası Səttar Veyisov bildirir ki, hərbiçi yoldaşları Kərəmin döyüş yolundan danışarkən onun bütün savaşlarda ən öndə getdiyini qeyd edirlər. Kərəm Şuşanın alınmasında böyük şücaət göstərib və müqəddəs şəhərimizdə üçrəngli bayrağımızın dalğalanmasına şahidlik edib. Onuda qeyd edək ki, qəhrəmanımız ölümündən sonra Ali Baş Komandan tərəfindən 5 medalla təltif olunub. Kərəm Veyisov həm idman yarışlarında , həmdə döyüş meydanında bayrağmızı şərəflə dalğalandıran qəhrəman kimi xalqımızın yaddaşında daim yaşayacaq.