25 OKTYABR QAZAXISTANIN RESPUBLİKA GÜNÜDÜR
Baxış sayı: 507
1990-cı il oktyabrın 25-də Qazaxıstanın Ali Soveti Dövlət müstəqilliyi haqqında Deklarasiya qəbul etdi. Sənəddə suveren Qazaxıstanın bütün atributları əks olunmuş, həmçinin dövlətin rəmzləri - Gerb, Bayraq, Himn və milli valyuta olan təngə təsdiq edilmişdir. Artıq 32 ildir ki, hər il oktyabrın 25-də Qazaxıstanda Respublika günü qeyd olunur. Qeyd edək ki, 2022 – ci ilin 29 sentyabrında Qazastan Respublikasının Prezidenti Kasım Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı qərar imzaladı. Yeni qərara əsasən, 25 oktyabr Respublika Gününə yenidən milli bayram statusu verildi.