23-CÜ BATALYONUN YARANMASINDAN 26 İL ÖTÜR.

Qarabağ uğrunda döyüşlərdə həlak olmuş Quba-Qusar batalyonunun əsgərlərinin xatirəsi yad edilib.Dekabırın 27-si,Quba-Qusar 23-cü batolyonun yaranmasından 26 il ötür.

Qarabağ müharibəsinin veteranları, əlilləri və şəhid ailələrinin üzvləri,eləcə də rayon rəsmiləri Qubadakı şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının məzarlarını ziyarət ediblər.Veteranlar həlak olan silahdaşlarının məzarları önünə gül dəstələri düzüblər. Rayon mədəniyyət evində davam etdirilən toplantıda bildirilib ki, Quba-Qusar batalyonu Ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra yaradılıb.Quba-Qusar batalyonunun tərkibinə qısa müddətdə 500-ə yaxın Vətən oğlu daxil olub. Amansız döyüşlərə atılan batalyonun üzvləri cəbhə bölgəsində qəhrəmanlıqları ilə ad çıxarıblar. Diqqətə çatdırılıb ki, 1993-cü il dekabrın 27-də şiddətli döyüşdə batalyonun 7 qəhrəman əsgəri şəhid olub.Ümumilikdə Qarabağ savaşında Quba-Qusar batalyonu 100-dən çox şəhid verib,7 nəfər itkin düşüb, 90 nəfər yaralanıb. Tədbirdə çıxış edən veteran döyüşçülər Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.