21 OKTYABR ÖZBƏK DİLİ GÜNÜDÜR

Özbək dili qədim türk dillərindən biridir. Biz demək olar ki, xalq olaraq bir-birimizi rahat şəkildə başa düşür, bir-birimizin fikirlərini rahatlıqla qarşı tərəfə çatdıra bilirik. Bu, bir daha onu göstərir ki, biz bir kökə, bir dilə və bir dinə mənsub xalqlarıq. 33 ildir ki, qardaş Özbək xalqı ölkə səviyyəsində ana dili gününü qeyd edir. 1989-cu il oktyabrın 21-də Özbəkistan dövlət dilinin hüquqi əsaslarını təsbit edən “Dövlət dili haqqında” Qanun qəbul etmiş və bu qanuna əsasən özbək dilinə dövlət dili statusu verilmişdir. Özbək dilinin dövlət dili statusu almasının 31 – cü ildönümündə, yəni 2020 – ci ildə Özbək dili ilk dəfə olaraq dövlət səviyyəsində qeyd olunub. Özbəkistanın Nazirlər Kabineti yeni qanunla ölkə ərazisində kirill qrafikası bazasında yaradılmış yerli əlifbanı ləğv edir. Artıq "Latın qrafikası əsasında özbək əlifbasının tətbiqi haqqında” qanun qüvvəyə minib. Qeyd edək ki, yeni özbək əlifbasında 28 hərf və 1 hərf birləşməsi var. Qanuna əsasən, 2023-cü il yanvarın 1-dək Özbəkistanda bütün rəsmi sənəd dövriyyəsi də yeni əlifbaya keçirilməlidir.