2020-DƏ BETHOVENİN 10-CU SİMFONİYASINI TAMAMLANMIŞ FORMADA DİNLƏYƏ BİLƏCƏYİK.

Bəstələrini sevərək dinlədiyimiz dünyaca tanınmış pianoçu Bethovenin yarımçıq qalan bir bəstəsi tamamlanacaq. Bəs bu bəstəni necə və hansı yollarla tamamlamaq mümkün olacaq ?

Məşhur Alman klassik musiqi pianoçusu və bəstəkarı Lüdviq Van Bethovenin yarımçıq qalmış 10-cu simfoniyası ölümünün 250 illiyi münsibətiylə süni intellektdən (AI) istifadə edilərək yenidən yazıldı.Tanınmış bəstəkar 9 və 10-cu simfoniyalarının üzərində işləyərkən xəstələndi və 10-cu simfoniyasını tamamlamadan 1827-ci ildə öldü. Alman mətbuatının yazdığına görə, musiqişünaslar, bəstəkarlar, kompüter elmləri mütəxəssisləri və pianoçu Robert Levin də daxil olmaqla beynəlxalq bir qrup 10-cu Simfoniyanı tamamlamaq üçün toplanıb. Hazırda Süni intellektlə tamamlanacaq 10-cu simfoniyanın, 28 Aprel 2020-ci ildə Bethovenin doğulduğu Bonn şəhərində Bethoven Orkestri tərəfindən ifa edilməsi planlaşdırılır.1770-1827-ci illər arasında yaşayan və 10-cu Simfoniyada işləyərkən vəfat etmiş Lüdviq van Bethovendən bu əsərin yalnız bəzi qeydləri və eskizləri var. Layihə üçün inkişaf etdirilən süni intellekt, Bethovenin digər əsərləri əsasında beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış bir alqoritmə uyğun olaraq 10-cu Simfoniyanın əskik hissələrini tamamlamağa başlayıb.