2020-Cİ İL AQRAR SAHƏDƏ HANSI YENİLİKLƏR GÖZLƏNİLİR?

İnfrastrukturun müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsi gələn il də davam etdiriləcək.Aqrar sahədə 2019-cu ildə görülən işlər öz bəhrəsini verməyə davam edir. Bəs 2020-ci il üçün qarşıda hansı planlar var?

 İnfrastrukturun müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsi gələn il də davam etdiriləcək”.Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov müsahibəsində deyib. "2020-ci ildə Ağstafa rayonunda yaradılmış “Dilbaz” atçılıq təsərrüfatı üçün yeni atçılıq kompleksinin inşası başa çatdırılaraq istifadəyə veriləcək. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati-laboratoriya binasının, Baytarlıq Klinikasının, Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda iri və xırdabuynuzlu heyvanların seleksiya,damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisinə başlanılıb.Qobustan rayonunda Heyvandarlıq Nümayiş Kompleksinin tikintisi də davam edir və kompleks gələn il istifadəyə veriləcək.Eyni zamanda Şamaxı rayonunda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fillokseraya davamlı calaq-üzüm əkin materialının istehsalı üçün calaq kompleksi inşa olunur.İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min baş arı ailəsindən ibarət Arıçılıq Kompleksinin inşası nəzərdə tutulur.Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər davam etdirilir.Universitetin yeni tədris korpusunun və Peşə Məktəbinin inşası başa çatmaq üzrədir.Növbəti il müxtəlif təyinatlı sort-sınaq məntəqələrinin də inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur”,-nazir qeyd edib.