2020 -Cİ İL ÜÇÜN LÜKS SƏYAHƏT TRENDLƏRİ AÇIQLANIB

 Small Luxury Hotels of the World” şirkəti 2020-ci il üçün “Luxury Travel Trends” adlı hesabatını yayımlayıb.Sözü gedən hesabatda nələrdən bəhs olunub?

Altı punkt üzrə hazırlanan hesabatda memarlıq, ətraf aləmi qoruma prinsipləri, plastik tullantıların az olduğu, ekoloji təmiz yeməklər təqdim edən otellərə xüsusi üstünlük verilib. Habelə otelin isinmə və yemək hazırlanmasında karbon istiliyindən istifadə olunmaması da əsas punkt kimi götürülüb.Sözügedən hesabatda Bakıdakı “Dinamo Hotel Baku” da yer alıb. Bu məkan dünya turizminin yeni istiqaməti kimi göstərilən Azərbaycanın ən yaxşı butik oteli olaraq siyahıya salınıb. Həmçinin özündə Avropa və Asiyanın möcüzələrini ehtiva edən Azərbaycan turistlər üçün yenilikləri kəşf etmə ölkəsi kimi qeyd olunub.