18 OKTYABR MÜSTƏQİLLİK GÜNÜ SANKT-PETERBURQDA DA QEYD OLUNDU

Tədbirə toplaşanlar qeyd etdilər ki ,1991-ci il 18 oktyabr tarixində Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Həmin tarixdən Azərbaycan müstəqil və suveren bir ölkədirçıxışlarda bildirildiki, düzdür , Müstəqilliyin ilk illərində Azərbaycan xalqı ölkə ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı və iqtisadi tənəzzül kimi ciddi problemlərlə üzləşdi. Lakin 1993-cü ildə belə çətin şəraitdə xalqın tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi və Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi naminə apardığı siyasətindən bəhs edərək, Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artırılmasında böyük rolunu qeyd etdilər..Müasir Azərbaycanın daha sürətlə inkişaf etməsi, Azərbaycan-Rusiya dostluq münasibətlərinin gündən-günə güclənməsi və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi arzusu tədbir iştirakçıları tərəfindən xüsusi vurğulandı