15 GÜNƏ SÜLH SAZİŞİ İMZALANACAQ?
Baxış sayı: 310
Bakı siyasi iradə göstərsə, Azərbaycan və Ermənistan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilər. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Arzu edilsə, yaxın 15 gün ərzində sülh sazişi imzalana bilər. Deyə bilərik ki, biz bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə xələl gətirməmək üçün təfərrüatı açıqlamaq istəmirəm”, - deyə o bildirib. Qeyd edək ki, Bakının mütəmadi sülh çağırışlarına baxmayaraq, İrəvan məhz özü qeyri-konstruktiv addımları və bəyanatları ilə sülh sazişinə əngəl olur.