“ZORXANAMIZA”GÖZ DİKƏN İRAN
Baxış sayı: 489
Azərbaycan hər zaman pəhləvanlar məskəni və məktəbi olub. Hələ qədim zamanlarda ağır idman yarışları zorxana deyilən yerdə keçirilərdi. Keçmişdə də azərbaycanlılar sağlam və güclü olmağa üstünlük verib, idman ediblər. Düzdür o vaxt bugünkü kimi müasir idman zalları olmasa da, ancaq əvəzində zorxanalar olub. Bu idman növündən əvvəllər ancaq əsgərlərin döyüş hazırlığı üçün istifadə edilərmiş. Ancaq 700 il bundan əvvəl əslən Gəncədən olan Püryayi Vəli adlı bir pəhləvan bu idman növünü sistemləşdirərək bu günkü vəziyyətinə gətirib çıxarır. Gördüyüynüz bu alətlərdən keçmişdə əsgərlərin hazırlığı üçün istifadə olunub. Usta bir oxçu olmaq üçün gördüyünüz bu yaydan, mahir qılınc ustası olmaq üçün müxtəlif çəkili mil adlanan bu alətdən, qolların güclü olması və qalxanla peşəkarcasına müdafiə olunmağı bacarmaq üçün isə səngi adlanan bu alətdən istifadə ediblər. Özündə tarixin dərin izlərini daşıyan zorxana və pəhləvan güləşi min illər keçməsinə baxmayaraq daha müasir formada bu gün də qorunub-saxlanılır. Ancaq bizim olana göz dikənlər də az deyil. Musiqimizi və mətbəximizi özününküləşdirmək istəyən ermənilər azmış kimi, indi də bu missiyanı cənub qunşumuz öz üzərinə götürüb. Belə ki, onlar Nizamini farslaşdırmağa cəhd etdikləri kimi, indi də zorxananı özününküləşdirməyə çalışırlar. Onları susdurmaq üçün isə Azərbaycan UNESCO-ya müraciət edərək zorxananın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini istəyib. Müasir dövrümüzə qədər gəlib çıxan bu sənət, artıq illərdir ki, beynəlxalq status qazanıb. Lakin, zorxananın məhz Azərbaycana məxsus olduğunu bütün dünyaya sübut etmək üçün, bu idman növünün UNESCO tərəfindən qeyri-maddi irs siyahısında qeydə alınması, məncə bizim olanlara göz dikənlərə tutarlı cavab oldu.