“XƏMSƏ VƏ YAXUD, KÖNÜLLƏR MÜLKÜNÜN SULTANI” PYESİ SƏHNƏLƏŞDİRİLİB
Baxış sayı: 1174
Dərbənd Azərbaycan dram teatrı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamına əsasən 2021-ci il, “Nizami Gəncəvi ili” kimi elan olunması ilə əlaqədar yazıçı, dramaturq İftixar Pirpyevin qələmə aldığı dahi Nizami Gəncəvinin həyatından bəhs edən “Xəmsə və yaxud, könüllər mülkünün sultanı” pyesini səhnələşdirib. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Sərvər əliyev, quruluşçu rəssam Dağıstan Respublikasının əməkdar rəssamı Naida Alimetovadır.