“TİK - TOK”AZƏRBAYCANA VERGİ ÖDƏMƏLİDİR

“TikTok” platforması son dövrdə ölkəmizdə çox məşhurlaşıb. Xüsusilə bu virtual şəbəkə üzərindən canlı yayım açaraq, yarış keçirib qazanc əldə edənlərin sayı artıb. Tik - Tok-da istifadəçilər tərəfindən göndərilən hədiyyə jetonlardan tutulan komissiya isə 50%-dir. Yəni bir istifadəçiyə 10 dollar göndərilirsə, onun 5 dolları Tik-Tok-un hesabına gedir. Əsas məsələ isə ondan ibarətdir ki, bu sosial şəbəkə qazandığı pul müqabilində Azərbaycana vergi ödəmir. Vergini öz vətəndaşlarımız 18% ƏDV olmaqla ödəyir. Yəni jeton göndərən istifadəçi həm TikTok-a 50% komissiya, həm də Azərbaycan dövlətinə 18% vergi ödəyir. Ekspertlər bildirirlər ki, beynəlxalq transmilli təşkilatların vergi ödəməsini Ümümdünya Ticarət Təşkilatı tənzimləyir. Lakin Azərbaycan bu təşkilatın üzvü deyil. Ancaq buna baxmayaraq dövlət öz qanunvericiliyindən sitifadə edərək həmin şirkətləri vergiyə cəlb edə bilər. Qeyd edək ki, Türkiyə Tik - Tok-u vergi verməyə məcbur edib. Bu platformanın Türkiyə ofisi 2021-ci ildə qazandığı 1.2 milyard Türk lirəsinə görə 92.9 milyon lirə rəqəmsal xidmət vergisi ödəyib.