“SUĞRA VƏ OĞULLARI” FİLMİ DÜNYA PREMYERASINA HAZIRLAŞIR

Kinorejissor İlqar Nəcəfin “Suğra və oğulları” filmi Koreyanın Busan şəhərində keçiriləcək “Busan” Beynəlxalq Film Festivalında “Kim Jisok” adına mükafatı uğrunda yarışacaq.Suğra və oğulları filmi 6-15 oktyabr tarixlərində “Busan” Beynəlxalq festivalında nümaiş olunacaq. Ekran əsəri, beynəlxalq film festivalının əsas mükafatı olan “Kim Jisok” uğrunda yarışan 7 filmdən biridir. Mükafat Asiya kinosunun müassir vəziyyətini əks etdirən ən cəlbedici iki filmə veriləcək.