“SON ZƏNG” – MÜSTƏQİL HƏYATIN İLK ZƏNGİ
Baxış sayı: 644
Bu gün on minlərlə şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır.Məktəb illəri hər bir şəxsin həyatında mühüm rol oynayır. Ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Quba rayonunda yerləşən Quba şəhər Zaur Cəfərov adina 3 sayli tam orta məktəbdə və Quba fizika, riyaziyyat və informatika təmayüllü liseyində də “Son zəng” çalındı. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, İctimaiyyət nümyəndələri, rəhbər şəxslər,məzunlar, müəllimlər və valideyinlər bu əlamətdar günü bir yerdə qeyd etdilər.Kimlər üçünsə təqvimin adi bir günü olsa da, 14 iyun 11-cilər üçün unudulmaz və özəl gündür. Məzunlar bu gün təkcə məktəblə deyil, qələm tutmağı öyrədən müəllimləri və 11 il bir parta arxasında əyləşdikləri sinif yoldaşları ilə də vidalaşırlar. Bir sözlə, 11-cilər məktəb xatirələrinə "Son zəng"in sədaları altında əlvida deyirlər.