“MEYMUN ÇIÇƏYİ”NƏ QARŞI XUSUSİ PEYVƏND YOXDUR
Baxış sayı: 594
ABŞ və Böyük Britanya da daxil olmaqla bir çox ölkədə rast gəlinən ”Meymun Çiçəyi” virusundan sonra Avropa ittifaqı çox mübahisəli addım atıb. Belə ki, bu virusa qarşı peyvənd olmadığı üçün suçiçəyi üçün hazırlanan vaksinlərdən istifadə ediləcəyi gözlənilir. Avropa İttifaqı Səhiyyə rəhbərləri ölkələrə peyvənd strategiyaları hazırlamağı tapşırıb. Dünya “Meymun Çiçəyi“ virusu panikası yaşadığı bir vaxtda isə Ümumdünya Səhiyyə Təşkilatından diqqət çəkən xəbərdarlıq gəlib. 1980- ci ildə qlobal peyvəndlənmə aparılan “Su Çiçəyi “virusu ilə “Meymun Çiçəyi “virusu arasında genetik oxşarlıq var. Buna görədə Su Çiçəyinə qarşı peyvənd edilən insanlarda Meymun Çiçəyi xəstəliynə qarşı bir qədər qorunma yarana bilər.