“MANAS” GİNNESİN REKORDLAR KİTABINA SALINACAQ ?
Baxış sayı: 537
Təxminən 1 milyon beyitdən ibarət olan ən böyük Türk dastanı sayılan Manas Dastanı, Qırğızların və bütün Türk dünyasının önəmli ədəbi ve mədəni xəzinələrindən biridir. 1 həftə boyunca Türk Dünyasının Mədəniyyət paytaxtı Bursanın Merinos Parkında “Manas Tədbirləri Həftəsi” keçirilir. Tədbirə Qırgızıstan, Qazaxıstan ve Türkiyədən tanınmış manasçılar qatılıb. Tədbirdin açılış günü Bursa Böyükşəhər Bələdiyyəsinin Başçısı Alinur Aktaş TÜRKSOY –un baş katibi Sultan Raev, Qırgızıstanın Ankaradakı səfiri Kubanıçbek Ömüraliyev, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxış etdilər. Çıxış edənlər Türklərin min illiklər boyunca dünya mədəniyyətinə bir çox dastanlar bəxş etdiyini vurğuladılar. Bir millətin özəlliklərini, ideallarını,
, milli dəyərlərini və milli adət - ənənələrini öyrənmək üçün ən yaxşı vasitə, onun dastanlarıdır. Bu baxımdan dastanların hər bir millətin tarixində önəmli yeri var. Tanınmış Qırğız sənətçilərinin Manas Dastanından hissələr oxuması, xalq oyunları və xalq rəqsləri qruplarının çıxışları ilə davam edən proqramda Ginnesin Rekordlar Kitabı üçün 8 gün davam edəcək ən uzun Manas oxuma rekordu cəhdinə də start verildi. Manas Həftəsi tədbirləri Merinos Parkında qurulan çadırlarda bir həftə davam edəcək və hər kəs üçün açıq olacaq.