“MAŞA VƏ AYI”NIN YENİ BÖLÜMÜ AZƏRBAYCANA HƏSR OLUNUB
Baxış sayı: 1082
Rusiyanın dünyaca məşhur “Maşa və ayı” cizgi serialının yeni mövsümündə bir bölüm Azərbaycana həsr olunub. Belə ki,dəcəl qız öz oyuncaqlarına “Məlikməmməd” nağılını daha müasir versiyada danışır. “Uzaq-uzaq diyarlarda Azərbaycan adlı bir məmləkət var. Bu ölkədə mehriban, şən və əməksevər insanlar yaşayır. Bu nağılı da elə onlar mənə danışıblar”, - deyə başlayan cizgi seriyasında “Göyçək Fatma”, “Təpəgöz”, “Simurq Quşu” kimi nağıl qəhrəmanlarının da adı çəkilib.