“MÜSTƏQİLLİK GÜNÜ”NÜN 28-Cİ İLDÖNÜMÜ QUBADA TƏNTƏNƏYLƏ QEYD OLUNDU

“Müstəqilliyimiz Əbədidir” devizi altında möhtəşəm yürüş keçirildi. Əməkdaşlarımızın hazırladığı növbəti sujetdə də Qubada Müstəqillik günü ilə bağlı keçirilən tədbirin maraqlı məqamlarından bəhs olunur.

Qubada keçirilən “Müstəqillik Günü” tədbiri möhtəşəm yürüş və konsert proqramı ilə qeyd olunub. Bu gün Quba şəhərində Azərbaycanımızın dövlət Müstəqilliyi Günü ilə əlaqədar möhtəşəm bayram tədbiri keçirilib. 18 Oktyabr- Bu tarixdə Azərbaycan xalqı öz dövlət müstəqilliyinin qürurunu, azad olmanın şərafətini qeyd edir. “Müstəqilliyimiz əbədidir” devizi altında addımlayan yürüş iştirakçıları aksiyalarını Qubanın Mərkəzi meydanından başlayıb Asan Həyat Kompleksinin qarşısındakı meydanda başa vurdular. Yürüşdə 15 minə yaxın insan iştirak etdi. Konsert proqramında bir çox musiqili qonaqlar öz çıxışları ilə iştirakçılarda xoş əhval ruhiyə hissi yaradaraq bayramı daha da, rəngarəng etdilər.Tədbir iştirakçıları Qafqaz Tv əməkdaşlarına müsahibələrində dövlət müstəqilliyi gününün qürurunu,sevincini bölüşüblər. Respublikamızın tanınan şairlərindən olan Ramiz Qusarçaylı da duyğularını bizimlə bölüşdü. Onu da qeyd edək ki, 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü ulu öndər Heydər Əliyevin 1994-cü il 15 oktyabr tarixli fərmanı ilə hər il qeyd edilir