Quba rayonunda olan “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının bir qrup iştirakçısı Soyqırımı Memorial kompleksini ziyarət edib, ötən əsrin əvvəllərində erməni silahlı quldur birləşmələrinin
xalqımıza qarşı törətdiyi qətliamlarla tarixi faktlar əsasında tanış olublar. Qeyd edək ki, “Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının “LiFFt” Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur.Bu festivalın bir qrup iştirakçısı ilə Qubada keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki,qədim Quba bir sıra tarixi şəxsiyyətlər,tanınmış elm və incəsənət xadimləri yetişdirib.Qubada ədəbi-bədii tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.Məmməd Araz poeziya günü,9-cu Azərbaycan Şairlər gününə və əməkdar incəsənət xadimi Ələkbər Salahzadənin yaradıcılıq gecəsi,tanınmış şair Ramiz Qusarçaylının 60 illik yubiley tədbiri yaradıcı insanlara diqqətin təzahürüdür. Belə tədbirlər insanların dünyagörüşünün formalaşması.onun mədəni. Estetik və vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.Çıxış edənlər xüsusi vurğulayıblar ki, genişmiqyaslı maarifçilik layihəsi olan “LiFFt” Avrasiya mədəni məkanının tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən “LiFFt” 2016-cı ildən etibarən hər il keçirilir.Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır. Görüşdə Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri çıxış edərək Qubaya səfərlərinin onlarda dərin və xoş təəssürat yaratdığını bildiriblər.Çıxışlarda xüsusi vurğulanıb ki, “LiFFt-2019” Avrasiya festivalı Avrasiya məkanında ədəbiyyatçıların qarşılıqlı yaradıcı fəaliyyəti, yer üzündə həyatın qorunub saxlanması naminə mədəniyyətə və qarşılıqlı hörmətə, sülhsevərliyə, millətlərarası mehriban qonşuluq və həmrəyliyə əsaslanan beynəlxalq ictimai münasibətlərin yeni modelinin yaradılmasında iştirak edən yazıçı və oxucuların geniş dialoqu üçün nəzərdə tutulan məkandır.