“INSTAGRAM”IN GƏNCLƏR ÜÇÜN TƏHLÜKƏSİ ORTAYA ÇIXDI
Baxış sayı: 1136
“İnstagram”ın gənclər üçün təhlükəsi ortaya çixib. Bu qənaətə “Facebook” üç il ərzində apardığı araşdırmalardan sonra gəlib. “Instagram” sosial şəbəkəsi gənc istifadəçilərə, xüsusən də qızlara mənfi təsir göstərərək onları depresiv və intihar düşüncələrinə sövq edə bilər. “The Wall Street Journal” bu barədə “Facebook” rəhbərinin ictimaiyyət üçün açıqlanmayan araşdırmasına istinadən yazıb.