“FAST FOOD” YOXSA SAĞLAM QİDA?

Zamanla mübarizə apardığımız vaxtda işlərin də çox olması səbəbindən əksər insanlar illərdir pəh-pəllə yedikləri yeməklərə yox, tez-bazar hazır olan qidalara üstünlük verir. Artıq son illər dolmanı, plovu, qutabı hamburger, dönər, sendviç, pizza əvəz edir desək yəqin yanılmarıq. Amma bir məqamı unuduruq ayaqüstü yediyimiz bu qidalar bir müddət sonra bizi həkimin pasiyentinə çevirə bilər.