Söhbət praktiki cəhətdən tamamlanmış, havada 120 kilometr/saat sürətlə dörd nəfəri daşımaq iqtidarında olan maşından gedir.Uçan taksinin mühərriki elektrik enerjisi ilə çalışır, uçuş və eniş şaquli icra olunur.
Hazırda proqram iştirakçıları proqramın Paris-İl-de-Frans regionunda icrası imkanlarını nəzərdən keçirir.Burada söhbət 2024-cü il Olimpiya oyunlarına qədər Parislə Disneylend arasındakı yolu uçan taksilərlə təmin etmək,həmçinin Ruassi və Sen-Deni şəhərləri arasında sərnişin daşınması marşrutu yaradılmasından gedir.Yerüstü nəqliyyatının yükünün bir hissəsinin azaldılmasına imkan verəcək uçan taksilərin kommersiya məqsədilə istifadəsi 2030-cu ildə mümkün olacaq.O zaman Paris və Versal arasında marşrutlar xidmətə başlayacaq, həmçinin Defans biznes-kvartalına daşınmalar icra olunacaq.Uçan taksilərin elit deyil, bütün vətəndaşlar üçün əlçatan olması planlaşdırılır. Belə ki, RATP qiymətlərin hər kilometr üçün 1-2 avro təşkil edəcəyini qeyd edir.