“AVİŞAİ KOHEN TRİO” HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ ÇIXIŞ EDİB
Baxış sayı: 999
Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti olub. Cazsevərləri bir araya toplayan konsertdə kontrabasda Avişai Kohen, pianoda Elçin Şirinov, barabanda Roni Kaspi çıxış edib. İsraildə doğulan, ABŞ-da fəaliyyət göstərən müğənni və bəstəkar Avişai Kohen son 20 ildə dünyanın ən yaxşı bas ifaçısı kimi tanınsa da, onun məhz bəstəkar kimi yaratdığı musiqi əsərləri şöhrət qazanıb, böyük auditoriya toplayıb, caz pərəstişkarlarını özünə cəlb edib. “Avişai Kohen trio”nun Bakı konsertində yeni “Arvoles” albomundan kompozisiyalar təqdim edilib. Avişai Kohenlə birlikdə səhnəni Azərbaycandan pianoçu və bəstəkar Elçin Şirinov bölüşüb.