“ANADOLUDAN QARABAĞA" MEDİA FORUMU KEÇİRİLDİ
Baxış sayı: 784
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi , “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu təşkil edilib. Forumu açıq elan edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Forumun önəminə diqqət çəkib və hər iki ölkə mediasının birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb. Sonra Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan, informasiya savaşında güclü olmağı zamanın tələbi kimi qeyd edib. Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı isə çıxışında media sahəsində dezinformasiyanın aktual problem olduğunu bildirib. Səfir qeyd edib ki, bu kimi layihələr akademik çevrələrdə də təşkil edilməlidir. Rəsmi çıxışlardan sonra Forum öz işini “Qarabağ Zəfərində Azərbaycan-Türkiyə Mediasının Rolu” və “Türk Dünyası Media Əməkdaşlığı Axtarışları” başlıqlı panel müzakirələrilə davam etdirib.