Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində keçirilən “3+3 platforması: Enerji əməkdaşlığı Cənubi Qafqazda
sülh və təhlükəsizliyin dayağı kimi” dəyirmi masanın mövzuları elektrik enerjisi ticarətinin perspektivləri və region ölkələri arasında enerji strategiyalarının əlaqələndirilməsi olub. iştirakçılar mövcud infrastrukturdan istifadə, regionda iqtisadi əlaqələrin inkişaf etdirilməsi və sabitliyin gücləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov etibarlı enerji təchizatı üçün mövcud boru kəmərlərindən səmərəli istifadənin və regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. İranın neft nazirinin müavini və İran Milli Qaz Şirkətinin rəhbəri Səid Təvəkküli “3+3” platformasının yeni enerji gündəliyinin inkişafına töhfə verə biləcəyini vurğulayıb. Gürcüstanın (Sika fondeyşn) “SIKHA Foundation” tədqiqat mərkəzinin təsisçisi və direktoru Arçil Sixarulidze bu ölkənin gələcəkdə platformaya qoşulma ehtimalını istisna etməyib. Tədbir Rusiya Xarici İşlər Nazirliyi və Energetika Nazirliyi tərəfindən “Roskongress” Fondu və Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun dəstəyi ilə təşkil edilib.
