“ƏSKİ TÜRKLƏRDƏ “ŞAXBƏZƏMƏ” GƏLƏNƏYİ”
Baxış sayı: 550
Müasir günümüzdə toy iki gəncin xoşbəxt ailə qurmasına inanılan el adətlərinin məcmusunu ifadə etməkdədir. Artıq bir neçə əsrdir ki, “toy” sözü elçigetmə, nişantaxma, xonçaaparma, xınayaxma, dizayağıvermə, duvaqqapma və digər bu kimi mərasimləri özündə ehtiva edən el şənliyinin adıdır. Bu el şənliyində bəzi adətlərimiz də vardir ki, bu adətlər yalnız müəyyən bölgələrə məxsusluğu ilə seçilir. Belə mərasim-adətlərimizidən biri də şaxbəzəmə, şaxaparma adət-mərasimidir. Bu adət qədim Oğuz yurdu Naxçıvanın Şahbuz rayonundakı Kükü kəndində indi də yaşadılmaqdadır. Yalnız Kükü kəndinə xas olan şaxbəzəmə, şaxaparma adəti bu kəndin toylarının həmişə yaraşığı olub, toy adamları şaxın gətirilməsini səbirsizliklə gözləyiblər.