“ÇÖLDƏ YAŞAM ÖYÜDLƏRİ”NİN BU DƏFƏKİ MÜSAFİRİ KİM OLDU?

Çöldə ciyərlərinizə cəkdiyiniz havanın, burnunuza dəyən qoxuların, hiss etdiyiniz duyğuların fərqini bizə anlada bilərsinizmi ilə başladı hər şey...bəlkədə elə bu səbəbdəndirki , bu oba ən gözəl söyləşilərin ,ən maraqlı fikirlərin müsafiri olub hər çağ...

O, bu gün Azərbaycan jurnalistikasında öz imzası ilə tanınan jurnalistdir. Professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,Əməkdar jurnalist , Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlunun uşaqlıqdan duyduğu və bu gün həyatının önəmli kəlamına çevirdiyi öyüd nə olub görən? Şəhərdən, beton çəngəlliklərdən uzaqda doğayla iç içə “Çöldə yaşam öyüdləri” verilişində Respublikanın tanınan qələm ustasının da ilk xatırladığı elə bu öyüd oldu. O, verilişin yaradıcısı və aparıcısı Eltən Qədimbəyli ilə “Çölçü Obası”nda etdiyi söyləşilər zamanı özünün həyata baxışını açıqlayıb.. “Hər birimizin həyatında yaxşı – fərəhli günlər olduğu kimi, bu və ya digər səbəblərdən iç bulantılı depressiv əhval ruhiyyəli günlər olur “ Çöldə yaşam öyüdləri” verilişinin izləyiciləri verilişi izlədikdə biləcəklər ki, Hikmət Babaoğlu belə çətin anlarda, hardan güc alır, psixoloji gərginliklərin, depressiv əhvalın öhdəsindən necə gəlir? “Çölçü Bilgə deyir ki, “Ətrafınızdan dayaz adamları uzaqlaşdırmadan dərinləşə bilməzsiniz” “Bu gün ətrafınızda qalan insanlar sizi dərinləşdirə bilirmi? Və sizi dərinləşdirə bilən insanları necə seçirsiz” sualı verilişin izləyicilərinə Hikmət Babaoğlunu daha yaxından tanımaq imkanı verəcək. Veriliş əsnasında Hikmət Babaoğlu Gənc nəslin daha çox internetə, sosial şəbəkələrə üz tutduğunu bildirib. jurnalistikanın yenidən gənclərin marağını, diqqətini qazanmaq və həm də öyüd məktəbi olaraq qalması üçün fikirlərinin nə olduğunu da ilk dəfə “Çöldə yaşam öyüdləri”ndə səsləndirib.