“ÇÖLÇÜ”-MÜZ LOS-ANCELESDƏN BİZƏ SƏSLƏNİB

Hündür mərtəbəli binaların beton divarları arasında sıxışıb qalan stressli insanlar.bəli bu çoxumuza tanış səhnələrdir.Səhər saatlarında şəhərin sıx tıxacı ilə başlıyan iş gününü axşam saat 6-da periodik təkrarlanan sıxıntı ilə bağlayıb evə qayıdan və məişət problemlərindən necə qurtulmağın yolunu axtaran insanlar.

Bir bilsənki, sənin probleminin həll yolu doğadır. Bax O zaman heç vaxt doğayla bir olmağı gecikdirməzsən. Necə edək ki, stress dolu yaşamımızda həyatda qalma mübarizəmizə dəstək olan bir enerji mənbəyi tapaq? Tarix boyu axtarılan suala artıq cavab tapılıb. Bu enerji qaynağı doğadır. Doğa sizi ağuşuna alıb özünüzlə baş başa qalmanın zövqünü də verə bilər,yaradıcılıq gücünüzü artırıb yeni yeni ideyalar yaratmağa sizi sövq də edə bilər.. Çölümüzdə olub çöllərin ruhunu duyan və səsimizi dunyaya musiqinin diliylə çatdırmağa çalışan Altun Zeynalov tək. Hazırda ABŞ-ın Los Angeles ştatında yaşıyan Altun Zeynalov hər zaman həyatında Çölçü ideyasına uyğun yaşamı ən doğru yaşam biçimi bəlirləyib və çöl sevgisi onu heç bir vaxt tərk etməyib.etməyibki Aramızda kilometr baxımından uzaq məsafələr olsada ,Çölçümüzü unutmayıb və üstəlik çöl ruhunu əks etdirən yeni ifasını yayımlayıb. Və budur 2015-ci ildən doğaya sevgiyə bir qığılcım olan Çölçü klubunun artıq özünün musiqisi belə var.elə Mahnının sözlərində deyildiyi kimi Çölçü ruhunu sat gizlin çöllərə Çöllər alsın səni hündür zirvəyə. Çölçülük bir yaşam fəlsəfəsidir və siz bu fəlsəfəni yaşamınız boyu tətbiq etdiyiniz zaman əsl enerji mənbəyinizi tapacaqsız. Əgər sizdə bu fəlsəfəni həyatınıza gətirmək istəyirsinizsə indi də gec deyil. Fevralın 16-sı Çölçülərə qoşul və səndə bu yaşam fəlsəfəsinin bir parçası olmağa tələs.