ƏRDOĞAN - PAŞİNYAN GÖRÜŞÜNÜN DETALLARI
Baxış sayı: 37
Ermənistanın Baş naziri Nikol Paşinyanın İstanbula səfəri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, şübhəsiz ki, tarixidir. Lakin bunun müsbət tarix olması məsələsi mübahisəlidir. Bunu erməni politoloq Suren Surenyants deyib.O, Paşinyanın bir məqsədlə Türkiyəyə səfər etdiyini, lakin istədiyini ala bilmədiyini söyləyib:“İrəvan hökuməti İsrail ilə İran arasında başlayan müharibənin Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq yaratmasını gözləyirdi. Çünki Bakı və Ankaranın münaqişə tərəflərinə yanaşması fərqlidir. Nikol Paşinyan da burada İrəvan üçün Ankaraya yaxınlaşmaq fürsəti yaranacağını düşündü və bundan faydalanmaq məqsədilə Türkiyəyə getdi. Lakin bu ölkənin mətbuatının baş nazirin səfəri ilə bağlı yazılarına baxdıqda, Paşinyanın istədiyini ala bilmədiyi açıq şəkildə görünür. Politoloq Suren Surenyants əlavə olaraq bildirib ki, “Bir sözlə, Ermənistan hökumətinin gözləntiləri boşa çıxdı. Ankaranın prosesə yanaşmasına sadəcə Bakı təsir edə bilir. Paşinyanın istəkləri bu ölkə üçün tutarlı deyil”.