ƏLİLLİK DƏRƏCƏSİ NECƏ MÜƏYYƏN EDİLƏCƏK?Həkim Məsləhət Komissiyalarının
(HMK) işini təkmilləşdirmək, göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə İcbari Tibbi Sığorta üzrə dövlət Ahentliyi Quba RMX-da yeni bir layihəyə başlayıb. İndi Quba və Qusar sakinlərinin əlilliyin müəyyən olunmasına dair meyarlara uyğun yoxlamalar yerində əyani aparılacaq. Bu sözləri Agentliyin Tibbi Planlama departmentinin rəhbəri Hikmət İbrahimli bildirib.İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən əlilliyin qiymətləndirilməsi istiqamətində start verilən layihə çərçivəsində Quba Rayon Mərkəzi Xəstəxanasına media tur təşkil edilib. Media turda KİV nümayəndələri ilə yanaşı Litva Respublikasının Milli Tibbi Sığorta Fondu nümayəndələri də iştirak edib. Keçirilən turun məqsədi əlilliyin qiymətləndirilməsində vətəndaşların əyani baxışdan keçirilməsi qaydası, bu məqsədlə tibb müəssisəsində yaradılmış şərait və görülən işlərlə tanışlıq olub.Layihə çərçivəsində Quba RMX-də vətəndaşların rahatlığı və bilgilərə əlçatanlığı məqsədilə kompüter və monitorlar quraşdırılıb. Bu qurğular vasitəsilə vətəndaşlar yeni təsdiq edilən əlilliyin müəyyən olunması meyarları və müvafiq meyarlar üzrə gərəkli olan müayinələrin siyahısı ilə tanış ola bilirlər.Qeyd edək ki, pilot layihənin nəticələrindən asılı olaraq, əlilliyin qiymətləndirilməsi məsələləri üzrə ölkənin digər bölgələrində də mərkəzləşdirilmiş xəstəxanaların müəyyən edilərək layihənin icrasının davam etdirilməsi nəzərdə tutulub.
{youtube}ldGH2Ec9nAc{/youtube}