ƏDLİYYƏ GENERAL-MAYORU ZAVƏR QAFAROV DƏFN EDİLDİ
Baxış sayı: 889
Ədliyyə general mayoru Zavər Qafarov III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi vəzifələrində şərəf və vicdanla çalışan bir insan olmuş elə 2015-ci ildən də o vəzifədən ehtiyyata göndərilmişdi. Hər çağ Vətən üçün, dövlətçilik ideyaları üçün çalışan düşən biri kimi indi yaddaşlarda qalacaq. Dostları, yaxınları, onu tanıyan hər kəs Xaçmaz rayonun Qobıqırağı kənd qəbiristanlığına onunla sonuncu dəfə vidalaşmaq üçün toplandılar. Vida mərasiminə gələnlər arasında azərbaycanlı hərbçi, polkovnik-leytenant Ramin Səfərov da iştirak edirdi.Vida mərasiminə toplanan general-mayoru yaxından tanıyan insanlar onun xidmətlərindən bəhs etdilər, onun kimi dost, əməkdaş itirdikləri üçün təsüfləndiklərinin bildirdilər.