ƏDƏBİYYAT KÖNÜLLÜLÜYÜNÜN TƏBLİĞİ

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin təşkil etdiyi "Tanı, oxu, tanıt" ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində

ADPU-nin Quba filalında  tədbir keçirilib. Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu və məsləhət Şurasının rəhbəri, nasir, publisist, şair, AYB-nin və AJB-nin  üzvü Əkbər Qoşalı, DGTYB sədri, şair-publisist İntiqam Yaşar, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, ADPU-nin Quba filalının müəllim və tələbələri, gənc yazarlar iştirak ediblər.