ŞUDUQDA SAKİNLƏRİN PROBLEMLƏRİ DİNLƏNİLDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Şuduq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Qəbulda rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Qəbul zamanı kənd sakinlərinin müraciətləri və qaldırdıqları məsələlər dinlənilib, onların həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin sosial problemlərinin həllinə, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Növdün kəndində yaradılan Şəhid xatirə guşəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.