ŞUDUQ KƏND SAKİNİ İCRA BAŞÇISINA MÜRACİƏT ETDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Şuduq kənd inzibati ərazi dairəsinin Nöydün kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba

rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.