ŞUŞADA KEÇİRİLƏCƏK KONSERT NİYƏ TƏXİRƏ SALINDI ?

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının dəstəyi ilə start götürən VIII “Muğam” Televiziya Müsabiqəsinin Şuşada keçirilməsi nəzərdə tutulan qala konserti təxirə salınıb. Bu barədə Azərbaycan Dövlət Televiziyasından məlumat verilib. “Şəhidlərimizin ruhuna hörmət olaraq VIII “Muğam” Televiziya Müsabiqəsinin qala konserti başqa tarixə keçirilib. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, qala-konsertin Cıdır düzündə təşkil olunması planlaşdırılırdı. Bununla yanaşı, saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII “Muğam” müsabiqəsinin qala-konserti nümayiş etdiriləcəkdi.