ŞUŞADA 73 İL SONRA İLK TEATR TAMAŞASI
Baxış sayı: 568
Bu gün Şuşada daha bir həsrətə son qoyuldu. Belə ki, uzun sürən ayrılığın ardınca, yəni 73 il sonra mədəniyyət beşiyi olan Şuşada tamaşa oynanıldı. Şuşa Dövlət Musiqili Dram Teatrı adının haqqını verərək öz yurdunda-şəhərin Tut bağı adlanan ərazisində M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını nümayiş etdirdi.
Qeyd edək ki, 1992-ci ilin mayın 8-də erməni quldurları Şuşa şəhərini işğal edəndən sonra Şuşa teatrı Bakıda - Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb. Hazırda isə teatr Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir.