ŞUŞA VƏ LAÇINDA SİLAHLAR İŞƏ DÜŞDÜ

İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa

rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyindən bilgi verilib. Habelə iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.