ŞUŞA BƏYANNAMƏSİ TURANIN AÇARIDIRMI ?
Baxış sayı: 589
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” də böyük əhəmiyyətə malikdir. Bu tarixi sənədin imzalanmasından bir il ötür.
Şuşa bəyannaməsi ilə təkcə Azərbaycan və Türkiyə münasibətləri deyil, öncəliklə Qafqaz regionunda təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın güclənməsi baxımından da önəmlidir. Bu sözləri güvenlik strategiyaları uzmanı, ehtiyyatda olan Türkiyəli general Yücel Karauz dedi
Ehtiyyatda olan Türk genralı həmçinin vurğuladı ki, Şuşa bəyannaməsi Türk dövlətləri təşkilatının yaranmasına təkan verdi
Yücel Karauz həmçinin bildirdi ki, “Ankaranın Bakıdan, Bakının Ankaradan heç bir fərqi yoxdur. Bu anlamda, özəlliklə son 1 il də Azərbaycan silahlı qüvvələrinin türk ordu modelinə keçməsi önəmlidir. Dünyadakı 183 ölkədən heç bir 2 ölkə arasında Azərbaycan və Türkiyə arasında olan münasibətlər yoxdur.