ŞUŞA ŞƏHƏRİ “TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI” SEÇİLİB
Baxış sayı: 730
Martın 30-da “Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı açılış mərasimi keçirildi. İştirakçılar şəhərin mərkəzi küçələrindən keçərək Bursa mədəniyyət paytaxtının ofisinin yerləşdiyi meydana gəliblər. Onları yolboyu türk milli musiqisinin sədaları altında milli geyimdə olan oğlan və qızlar müşayiət ediblər.