ŞOK: PREZİDENTİN HELİKOPTERİNƏ ÜÇ FƏRQLİ İZLƏMƏ CİHAZI QURAŞDIRILIB

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian eyni helikopterdə uçmamalı idi. Globalinfo.Az bildirir ki, bu barədə bilgini, İran mediası təhlükəsizlik

orqanlarındakı mənbələrinə istinadən yayıb.

Verilən bilgiyə görə, Hüseyn Əmir  Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və İranın ali dini liderinin Təbriz üzrə nümayəndəsi Məhəmmədəli Al-Haşiminin başqa helikopterlə səyahəti planlaşdırılıb, lakin son anda hamısı bir helikopterə mindirilib.

Mənbə bildirir ki, əvvəlki pilotlar İslam İnqilabı Keşikçiləri Korpusundan, yəni SEPAH-dan seçildiyi halda, bu dəfə uçuş heyəti ordudan olub.

Qəzadan əvvəl helikopterə üç fərqli izləmə cihazı quraşdırılıb. Rəisini daşıyan avtomobildə standart GPRS və transponderlə yanaşı, 72 saat fasiləsiz siqnal ötürən xüsusi sistem də olub.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.