ŞİRVAN MİLLİ PARKINAMÜASİR NƏQLİYYAT TƏQDİM EDİLİB

Şirvan Milli Parkının ərazisində fəaliyyət göstərən neft hasilatçısı “Salyan Oil LTD” şirkəti turistlərin gəzdirilməsi üçün milli parka iki safari tipli nəqliyyat vasitəsi təqdim edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təqdimetmə tədbirində nazirliyin məsul şəxsləri və “Salyan Oil LTD”nin rəhbərliyi iştirak edib.Qeyd edək ki, safari tipli müasir nəqliyyat vasitələri parkda infrastrukturun yaxşılaşdırılmasına və ekoturizm fəaliyyətinin inkişafına töhfədir.