ŞİMAL BÖLGƏSİNİN TURİZM POTENSİALI
Baxış sayı: 1288
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına verilən diqqət və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan konkret addımlar bu sahədə mühüm əhəmiyyətə malik olan turizmin də müxtəlif növ və formalarının inkişaf etdirilməsini ön plana çəkir. Bu məqsədlə bütün dünyada olduğu kimi, ölkəmizin bütün bölgələrində olduğu kimi, şimal bölgəsində də turizm sənayesinin sürətli inkişafı üçün əlverişli və komfort şəraitə malik olan yeni ərazilərin tədqiqi və buradakı mövcud şərtlərin qiymətləndirilməsi əhəmiyyət kəsb edir. Bu baxımdan Quba və Qusar rayonlarının turizm məqsədilə istifadə olunmasında mövcud potensialın qiymətləndirilməsi və onun turizm-ekskursiya fəaliyyətinə yararlığının öyrənilməsi baxımından əhəmiyyətlidir.