ŞAHDAĞDA QIŞ MÖVSÜMÜNƏ START VERİLİB

Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə kütləvi informasiya vasitələri nümayəndələri üçün

“Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edidi.  İki günlük mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti bilgiləndirməkdir. Tədbir çərçivəsində media nümayəndələrinə “Şahdağ” Turizm Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinə dair video təqdimatı nümayiş olundu.  Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov mərkəzdə həyata keçirilən yeniliklər barədə bilgi verdi.  O, bu il “Şahdağ” Turizm Mərkəzinin qlobal turizm bazarlarına çıxış imkanlarının genişləndirilməsi və turist cəlbediciliyinin artırırılması məqsədi ilə Rusiya, Qazaxıstan və Özbəkistanın dağ kurortlarını özündə birləşdirən Avrasiya Dağ Kurortları Alyansına üzv seçildiyini və  gələcəkdə bu əməkdaşlığın Azərbaycanın qış turizminin inkişafına müsbət təsir  göstərəcəyini  qeyd etdi. Tədbirdə KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırıldı. Daha sonra media nümayəndələri turizm mərkəzi ilə tanış oldular.“Şahdağ” Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, Mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında jurnalistələrə ətraflı bilgi verdi.Turizm mərkəzində yeni illə bağlı hazırlıq işlərinə də toxunan Rüstəm Nəcəfov qeyd etdi ki, artıq mərkəzdə yerlərin 99 faizi bron edilib. Qeyd edək ki, mediaturda həmçinin qış mövsümünün açılışı ilə əlaqədar olaraq Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən dəvət olunan 90-a yaxın turizm nümayəndəsi və blogerlər, eləcə də xarici tərəfdaş kurortların 12  üzvü iştirak edib.