Şahdağda xizək üzrə növbəti Heydər Əliyev kuboku keçirildi. Yarış qış idman növləri Federasiyasının təşkilatçılığı ilə baş tutdu. Yarışın keçirilməsinin əsas məqsədi ölkədə qış idman
növlərini təşviq etmək, insanlar arasında xizək idman növünə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların keçirilməsi istiqamətində təcrübəsini genişləndirməkdir. 60 həvəskar xizəkçi arasında Ramiz Ağayev, Rəşad Mədətov,Nikolay Podbeleznikov, Anna Vəliyeva və Mona Kresk ən yaxşı nəticə göstərərək adlarını qaliblər siyahısına yazdırmağı bacardılar. Sonda qaliblər medal və diplomlarla təltif olundular. Qeyd edək Ki, H.Əliyev kuboku fevralın 17-də böyüklər və uşaqlar arasında snovboard, fevralın 24-də isə uşaqlar arasında xizək yarışı üzrə davam etdiriləcək.