ŞAGİRDLƏR HANSI HALDA MƏKTƏBƏ TELEFON APARA BİLƏRLƏR ?

Bəzən sosial mediada şagirdlərin dərsə mobil telefon gətirməsi ilə bağlı məsələlər müzakirə edilir. Bəs bu barədə "Qanunda nə deyilir?" "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nda qeyd olunur ki, şagirdlər ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Qeyd olunur ki, əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təşkil etməlidirlər. Qeyd olunur ki, valideyn (qanuni nümayəndə) övladına təhlükəsizlik məqsədilə , məs- məktəbə gəlib gedərkən əlaqə saxlamaq üçün elektron cihaz verərsə, o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir. Ümumiyyətlə dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir.