ŞABRANDA ŞƏHİD ÖVLADLARI ÜÇÜN “YAŞAT ” DÜŞƏRGƏSİ

“YAŞAT“ Fondu və “ASAN “ Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə dünəndən etibarən avqust ayının sonuna qədər şəhid övladları üçün yay düşərgələri keçiriləcək. Ötən gün Şabranda 2- ci “Yaşat” düşərgəsinin açılışı oldu. Açılış Azərbaycan Dövlət Himni ilə başladı. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi 1 dəyiqəlik sükutla anıldı. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qrum rəhbərləri ilə görüşlər, ekuskursiyalar və konsert proqramı keçiriləcək. Hər düşərgə ümumilikdə 5 gecə 6 günü əhatə edəcək.