ŞƏRUR TƏSƏRRÜFATÇILARI BU İL BOL MƏHSUL TOPLAYIBLAR
Baxış sayı: 1201
Soğan, kartof və pomidor səbzə-tərəvəz bitkiləri içərisində mövsümün ən çox istehsal edilən məhsullarıdır. Buna görə də onlar iqtisadi baxımdan yaxşı gəlir gətirən, sərfəli bitkilərdir. Odur ki, ailə təsərrüfatçıları bu bitkilərin əkilib-becərilməsinə böyük maraq göstərirlər. Xüsusən də qədim əkinçilik diyarı olan Şərur rayonunda səbzə-tərəvəz bitkilərinin əkininə və məhsuldarlığın artırılmasına geniş yer verilir.