ŞƏHİDİN ORDENİ AİLƏSİNƏ TƏQDİM EDİLDİ
Baxış sayı: 549
Vətən Müharibəsinin Qubalı şəhidi, baş leytenant Ruslan Azəroğlu Bayramovun üçüncü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni onun ailəsinə təqdim edildi.
Quba rayon İcra Hakimiyyətinin təşkilatçəılığı ilə keçirilıən təqdimat törənində şəhidin ailə üzvləri ilə yanaşı Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanları rəsmiləri və digər səlahiyyətli şəxslər iştirak etdi.
Tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizn xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qubalı şəhid baş leytenant Ruslan Bayrmov haqqında bilgi verərərk onun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanləıqlardan söz açdı. Bildirildi ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirən Ruslan Azərbaycan Ordusunda kəşfiyyatçı olub. O sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb.
Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olan Ruslan Bayramov Ölümündən sonra "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
25 iyun 2022-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə isə qubalı şəhid baş leytenant Ruslan Bayramov 3-cü dərəcəli “Vətənən xidmətə görə” ordeni ilə təltif edilib.
Çıxışının sonunda rayon rəhbəri şəhidin ordenini onun atası Azər Bayramova tərdim etdi.
Şəhid baş leytetatn Ruslan Bayramovun atası Azər Bayramov göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə öz təşəkkürünü bildirdi.
Şəhid baş leytenantın anası Aygün Bayramova nəvəsi balaca Arzunun böyüyəndə atasına veriıən orden və medallara baxaraq atası ilə qürur duyacağını dedi.
Ordenin təqdimatından sonra çıxış edən tədbir iştirakçıları şəhid və qazi ailələrinə göstərilən dövlət qayğısından bəhs etdilər. Çıxışlarda həmçinin, Qubada şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən, şəhid və qazi ailələrinin sosail problemlərinin həlli istiqamətində atılan addımlardan danışıldı.