ŞƏHİD HƏRBİ QULLUQÇU QUBADA DƏFN EDİLİB
Baxış sayı: 296
6 aprel 2024-cü il tarixdə təlim zamanı açılan atəş nəticəsində şəhid olmuş hərbi qulluqçu Xələfov Saleh Kamil oğlunun dəfn mərasimi keçirilib. Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə şəhidin cənazəsi Quba rayonunun girişində rayon ictimaiyyəti tərəfindən izdihamla qarşılanmış, sonra Quba şəhərinin “Dəvədabanı” yaşayış massivinə evlərinə aparılmış, burada vida mərasimi keçirildikdən sonra şəhid Quba rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü Xələfov Saleh Kamal oğlu təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində həlak olub. Xatırladaq ki, S.Xələfov Quba rayonunun Əlik kəndində anadan olub. Ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.