ŞƏHİD ANASI XƏSTƏXANADA ZİYARƏT EDİLDİ
Baxış sayı: 527
23 avqust 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev , Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının məsul şəxsləri, SHXÇDX-nin Quba rayon şöbəsinin rəisi, bir qrup şəhid ailəsi Qamqam kənd sakini, Vətən Müharibəsi şəhidi Abdullayev Elməddin Telman oğlunun anası Tahirə Abdullayevanı müalicə aldığı Quba Rayon Mərkəzi Xəstəxanasında ziyarət ediblər.Ziyəddin Əliyev görüşdə şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətdə şəhid ailələrinə göstərilən dövlət qayğısının xüsusi yer tutduğunu vurğulamışdır.Nevroloji şöbənin müdiri İxtiyar Hacıyev rayon rəhbərinə şəhid anasının səhhəti barədə bilgi verərək onun sağlamlığına qovuşması üçün əllərindən gələni əsirgəmədiklərini, hər cür kömək göstərildiklərini bildirib. Sonda şəhid ailəsi ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.